Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Xidmətlər

Fasadların təmiri və yenidən qurulması

Şirkətimizin fəaliyyət sahələrindən biri də binaların fasadlarının təmiri və yenidən qurulmasıdır. Müasir texnologiyaların peşəkar tətbiqi, lazımi alətlərin mövcudluğu, həmçinin işçilərin bacarıq və təcrübəsi bizə istənilən miqyasda fasadın bərpası layihəsini tamamlamağa imkan verir.

Təmir xidmətlərimizin önəmli tərəfi ondan ibarətdir ki, biz yenidənqurma işlərinə başlamadan öncə memarlıq və dizayn həllərinin xüsusiyyətlərini nəzərə alırıq. Fasadın yenidən qurulması üzrə bütün lazımi işlərin keyfiyyətinə tam zəmanət veririk. Hər bir layihəyə fərdi yanaşmaqla yanaşı, münasib qiymətlər təklif edirik.

Bakı Abadlıq Xidməti həmçinin tarixi binaların fasadlarının bərpası ilə məşğuldur. Keyfiyyətli həyata keçirilən işlər onların ömrünü uzadır.

Təcrübəli mütəxəssislərimizə fasad, eyvan və ya tarixi binanın təmiri ilə bağlı istənilən işi etibar edə bilərsiniz. Biz bütün problemləri müzakirə etməyə və binaların görünüşünü qorumaq üçün etibarlı həllər təqdim etməyə hazırıq.

Sifariş etmək