Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Xidmətlər

Bağa qulluq

Baxımlı və səliqəli ərazi biznesiniz və ya eviniz haqqında xoş təəssürat yaradır. Sizin ehtiyaclarınıza əsasən aşağıdakı xidmətləri təşkil edən fərdi paket hazırlaya bilərik:

  • Ağaclara, kollara, çiçəklərə kompleks qulluq
  • Bitki xəstəliklərinin və zərərvericilərinin diaqnostikası
  • Bitkilərin gübrə və mühafizəsi məhsulları ilə təmin edilməsi
  • Bitkilərin budanması (formalı, sanitar və topiar)
  • Canlı çəpərlərin budanması
  • Qazon biçimi və qulluğu
  • Alaq otlarına qarşı mübarizə
  • Bağ sahələrinin təmizliyi
  • Təhlükəli ağacların kəsilməsi

Bağınıza önəm verir, lakin qayğısına qala bilmirsinizsə, biz bağınızı səliqəli saxlamaq üçün mütəmadi olaraq qulluq göstərilməsini təşkil edəcəyik!

Müntəzəm bağçılıq

Bağa müntəzəm qulluq etmək heç də asan deyil. Bu səbəbdən sizə aşağıdakı işlər üzrə ixtisaslaşmış mehriban və güvənli bağbanlar heyətini təqdim edirik:

  • Qazon biçimi
  • Ləklərdən alaq otlarının təmizlənməsi
  • Mulçalama, gübrələmə və suvarma
  • Canlı hasarların budanması
  • Bitki tullantılarının çıxarılması;

Müştərilərin çoxu müntəzəm olaraq ayda bir neçə saatlıq bağban xidmətiylə kifayətlənirlər, bəziləri isə bağa qulluq üçün bağbanın daha çox vaxt sərf etməsini istəyirlər. Seçim hər zaman sizindir – biz sizin müəyyən etdiyiniz standartlara uyğun bağınıza qulluq göstərən bağban təşkil edə bilərik.

Qazona qulluq

Qazona qulluq bağçılığın ixtisaslaşdırılmış sahəsidir. Bəzi müştərilər qazona səliqəli görünüş qazandıran adi biçimdən də razı qalırlar. Digərləri isə qazona qulluğa bir sənət kimi baxırlar. Bakı Abadlıq Xidməti Bakıdakı bir çox bağçılıq xidmətləri təchizatçıları ilə əməkdaşlıq edir. Çəmənçiliyin əsas prinsiplərinə uyğun olaraq sizin qazona tam olaraq istədiyiniz kimi diqqət göstərən və qulluq edən bağban təqdim edirik.

  • Otların böyüməsini və dözümlülüyünü təmin etmək üçün sıx qrafik ilə müntəzəm biçim
  • Çəmənin seyrəkləşməməsi üçün düzgün hündürlükdə kəsim
  • Ota daha az stress yaşatmaq üçün otbiçən maşının bıçaqlarının itilənməsi
  • Alaq otlarının düzgün müəyyənləşdirilməsi yolu ilə təmizlənməsi
  • Gübrələmə, biçimin periodikliyinin dəyişilməsi daxil olmaqla mövsümi qulluq

 

Sifariş etmək